Menu

İran Rusiyaya ballistik raketlər ötürüb? – Tehran təkzib edir, ancaq...

09.09.2024, 15:33
İran Rusiyaya ballistik raketlər ötürüb? – Tehran təkzib edir, ancaq...

Kremlin sözçüsü Dmitri Peskov İranın Rusiyaya yaxın mənzilli ballistik raketlərin ötürməsi ilə bağlı suala konkret cavab verməyib..

Bazar ertəsi mətbuat üçün brifinq zamanı Peskov qeyd edib ki, Moskva və Tehran bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə əməkdaşlığı inkişaf etdirir.

Eyni zamanda, raketlərin tədarükü ilə bağlı xəbərlərdən danışarkən, Peskov qeyd edib ki, belə məlumatlar reallığa uyğun gəlmir.

“The Wall Street Journal” və “CNN” hərbi kəşfiyyat mənbələrinə istinadən ötən həftə İranın Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə olunan raketlər ötürməsi barədə faktlar yayıb. İran rəsmi olaraq bunu inkar edir. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Fəzlullah Nozəri bazar ertəsi İran mediasına deyib ki, Qərb mediasının raket ötürülməsi barədə xəbərləri “psixoloji müharibənin” bir hissəsidir.

Media yazır ki, Birləşmiş Ştatlar müttəfiqlərinə İranın, Ukraynadakı gələcək hərbi əməliyyatları üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyü barədə məlumat verib. Mediaya anonimlik şərti ilə danışan mənbələr nə qədər silahın gətirildiyi və nə vaxt təhvil verilə biləcəyi barədə heç bir məlumat verməyiblər.

Ancaq Ağ Ev İranın faktiki olaraq Rusiyaya raket ötürdüyünü hələ rəsmən təsdiqləməyib. Eyni zamanda, ABŞ Milli Təhlükəsizlik Şurası bildirib ki, hesabatlar təsdiqlənərsə, bu, əhəmiyyətli eskalasiya demək olacaq.

Ukrayna Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərlərdən dərin narahatlığını bildirib. Bəyan edib ki, məlumat təsdiqlənərsə, Ukrayna-İran münasibətləri üçün dağıdıcı nəticələr olacaq.

Bundan əvvəl İran Rusiya ordusuna Moskvanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi yüzlərlə pilotsuz təyyarə tədarük etmişdi. Tehran Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra tədarük həyata keçirdiyini təkzib edib. İran münaqişədə bitərəf qaldığını israrla bildirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol