Millətçiliyin zaman-zaman şizofreniya səviyyəsinə qalxdığı Ermənistanda Paşinyan hakimiyyəti daha sivil, mədəni mühit formalaşdırmaq istədiyinin görüntüsünü yaradır. Belə ki, indiyə qədər əksər qurumların adında “dövlət” yox, “milli” sözünün olması Paşinyan hökumətini hərəkətə keçirib.
“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin son iclasında hökumət Ermənistandakı mədəniyyət müəssisələrinin adlarından əvvəlki “milli” sözünün götürülərək, “dövlət” ilə əvəzlənməsinə dair təşəbbüslə çıxış edib.
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Daniel Danielyan parlamentdə “Mədəniyyət sahəsində qanunvericiliyin əsasları haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, Ermənistanda dövlətçiliyin yüksəlişi lazımdır: “Dövləti, dövlətçiliyi və dövlət dəyərlərini yüksəldərək, mövcud qanunda “milli” sözünün “dövlət” sözü ilə əvəz edilməsini təklif edirik”.
Beləliklə, respublika ərazisində fəaliyyət göstərən müxtəlif növ qurumlar (indiyə qədər adlarında “milli” sözü olan teatrlar və zallar) bundan sonra “dövlət” sözündən istifadə edəcəklər.
Parlament müxalifəti isə bu dəyişiklikləri yersiz və mənasız hesab edib. Əsasən revanşist və qatı millətçilərdən ibarət müxalifət bunun yolverilməz olduğunu bildirib.
Ancaq məlum məsələdir ki, Ermənistanda təkcə teatrlar deyil, hətta bütün dövlət və qeyri-dövlət qurumlarında “milli” sözünü “dövlət”lə əvəz etsələr də, bu, həmin cəmiyyətdəki ifrat millətçilik azarına qətiyyən təsir etməyəcək.
“AzPolitika.info”

Şərhlər
Hörmətli AzPolitika ,bizlər Paşikin belə cəhdlərini təqdir etməliyik ,Paşik gerizəkalı erməni millətçilərinin erməniləri nə günə qoyduğunu baa düşür ,bəli bizdə də çox millətli ölkə olduğumuz üçün dövlətçilik birinci olmalıdır ,zatən dövlət olmasa millət olmaz