Menu

"Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil" - Nazir

10.09.2024, 11:28
"Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil" - Nazir

Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

Nazirin sözlərinə görə, artıq Elm və Təhsil Nazirliyi tam rəqəmsal sistemə keçib:

“Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu, bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol