Menu

“Şahdəniz"dən indiyədək 227 mlrd. kubmetrdən çox qaz hasil edilib

10.09.2024, 12:55
“Şahdəniz"dən indiyədək 227 mlrd. kubmetrdən çox qaz hasil edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 452,2 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 225 mlrd. kubmetr, “Şahdəniz”dən isə 227,2 mlrd. kubmetr qaz hasil olunub.

Bildirilir ki, qeyd olunan yataqlardan indiyə kimi 162 mlrd. kubmetrə yaxın qaz ixraca nəql edilib.

Məlumata görə, bu ilin 8 ayı ərzində ölkədə 33 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 mlrd. kubmetri AÇG, 18,1 mlrd. kubmetri “Şahdəniz”, 1,1 mlrd. kubmetri “Abşeron”, 5,1 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 mlrd. kubmetr artımla qaz hasil edilib.

“Bu dövrdə xaricə qaz satışı 16,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1% çoxdur. Avropaya 8,4 mlrd. kubmetr, Türkiyəyə 6,5 mlrd. kubmetr, Gürcüstana isə 1,5 mlrd. kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.

Şərhlər

Novruz 2024-09-10 14:37:16

bəs bu qədər qazıdan gəlir hara gedib,nəyə xərclənib?Bunu ictimaiyyətə açıqlamaq yaxşı olardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol