Menu

Göygöldə qardaş qardaşı bıçaqlayıb

11.09.2024, 10:37
Göygöldə qardaş qardaşı bıçaqlayıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 2005-ci il təvəllüdlü E. Rzayev xuliqanlıq zəminində qardaşı 2002-ci il təvəllüdlü R. Rzayevə bıçaqla daxilə keçməyən xəsarət yetirib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Qeyd edək ki, hər iki şəxs oğurluq cinayətinə görə əvvəllər məhkum olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol