Menu

"Qərb Kiyevə Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verib" - Kreml

11.09.2024, 14:40
"Qərb Kiyevə Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verib" - Kreml

Qərb çox güman ki, artıq Kiyevə Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulmasına icazə vermək qərarına gəlib. Bu qərarın mediada rəsmiləşdirilməsi gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, bütün bu qərarlar artıq qəbul edilib”, - Kremlin sözçüsü ABŞ və Böyük Britaniya arasında bu məsələ ilə bağlı müzakirələr barədə mətbuatda yayılan xəbərləri şərh edib.

“Hazırda media artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün sadəcə informasiya kampaniyası aparır", - Peskov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol