ABŞ rəhbərliyi Rusiyaya öldürücü silahlar ötürməklə Ukraynadakı müharibədə Moskvanın dəstəkləyən İrana qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Bayden administrasiyası İrana qarşı yeni sanksiyalar elan edib.
Açıqlamada İranın öldürücü silahlar göndərməklə Rusiyaya dəstək verdiyinə diqqət çəkilib və buna dözülməyəcəyi qeyd edilib. Nazirlik açıqlamasında Tehranın Moskvaya ballistik raketlər göndərməyə davam etdiyini və bu silahların Rusiya tərəfindən Ukraynada istifadə edildiyini iddia edib.
Bu çərçivədə sözügedən silah transferi ilə əlaqədar İran və Rusiyada 10 fiziki şəxs və 6 qurum sanksiya siyahısına əlavə edilib.
“AzPolitika.info”


Şərhlər