Rusiya lideri Vladimir Putin hazırlıqlar tamamlandıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.
"AzPolitika" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, iki liderin Rusiyada keçiriləcək BRİKS sammitində görüşü gözlənilir.
Peskov həmçinin bəyan edib ki, Moskva Putin və Ərdoğanın Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammiti çərçivəsində danışıqlar aparacağına ümid edir.
“AzPolitika.info”


Şərhlər