Ukrayna Rusiyanın “SU-30M” hərbi təyyarəsini vurub.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatında bununla bağlı hərbi kəşfiyyatın təqdim etdiyi videogörüntülər yayımlanıb.
Təyyarə Qara dəniz üzərində məhv edilib. Qırıcının zenit-raket kompleksindən vurulduğu bildirilir.
Dənizə düşən qırıcı Rusiya Aerokosmik Qüvvələrinin Krımdakı Saki aerodromunda yerləşən 43-cü hərbi dəniz aviasiya alayına məxsusdur. Onun dəyəri təxminən 50 milyon dollar qiymətləndirilir.
Кадры сбития российского Су-30СМ в акватории Черного моря pic.twitter.com/kxF86jy1be
— Newsfeed (@Newsfeed883920) September 12, 2024
“AzPolitika.info”

Şərhlər