Qəribə hərəkətləri və qeyri-adi davranışları ilə mütəmadi olaraq gündəmə gələn və bu səbəbdən ictimaiyyət tərəfindən daim təndiq olunan ABŞ Prezidenti Co Bayden növbəti dəfə hərkəsi “təəccübləndirməyi” bacarıb.
“AzPolitika” xəbər verir ki, ötən gün Nyu-Yorkda 11 sentyabr teraktının qurbanlarının 23-cü ildönümünə həsr olunan mərasimdə iştirak edən Bayden Respublikaçılar Partiyasının prezindentliyə namizədi Donald Trampın adının yazılı olduğu papaqla görüntülənib.
Baydenin bu tədbirdə "Tramp papağı" taxdığı anlar sosial mediada gündəm olub. Bir çox Tramp tərəfdarı “Dəstəyiniz üçün təşəkkürlər, Co!” tipli paylaşımlar edərək onu ələ salıblar.
Qeyd edək ki, mərasimdə Baydenlə yanaşı, vitse-prezident Kamala Harris, ABŞ-Nİn keçmiş prezidenti Donald Tramp, vitse-prezidentliyə namizəd Ceyms Devid Vens, Nyu-York senatoru Çuç Şumer və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq də iştirak ediblər.
“AzPolitika.info”


Şərhlər