Menu

Rusiyada ağır cinayətlərin sayında rekord artım – Statistika açıqlandı

12.09.2024, 14:29
Rusiyada ağır cinayətlərin sayında rekord artım – Statistika açıqlandı

“Bu ilin yanvar-avqust aylarında Rusiyada qeydə alınan ağır və xüsusilə ağır cinayətlərin sayı son 13 ildə ən yüksək olub”.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli media Daxili İşlər Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə 403 537 belə cinayət müəyyən edilib. Ən böyük artım Moskva vilayəti, Krasnodar diyarı və Rostov vilayətində qeydə alınıb.

Məlumata görə, cinayətin kəskin artacağını daha əvvəl Daxili İşlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutu proqnozlaşdırıb. İnstitutun mütəxəssisləri hətta son 15 il ərzində artıma təsir edən bir sıra amillərə işarə edərək rekord səviyyələr gözləyirdilər. Onların arasında Ukraynadakı müharibədən keçmiş məhbusların geri qayıtması və silahların qara bazarının həcminin artması halları da var.

Ukraynaya qarşı müharibədən qayıdanların törətdiyi ağır cinayətlər, o cümlədən qətllər və zorlamalar barədə mətbuatda mütəmadi məlumatlar verilir. Artıq yüzlərlə belə hal məlumdur.

Mart ayında Rusiya Dövlət Duması hərbi xidmət üçün müqavilə bağlayanların kiçik və orta ağırlıqdakı cinayətlərə görə cinayət məsuliyyətindən azad ediləcəyi barədə qanun layihəsini qəbul edib. Əvvəllər cinayət törətməkdə təqsirli bilinən müharibə iştirakçıları Rusiya prezidentinin imzaladığı əfv fərmanı ilə cəzadan azad edilirdilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol