“Novella xanım Cəfəroğlunun artıq keçmiş partiyadaşları onun 2024-cü il sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı söylədiyi fikirlərə qarşı haqsız çıxışlar edirlər".
"AzPolitika" xəbər verir ki, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov deyib.
"Yada salmaq istərdim ki, Novella xanım Cəfəroğlu Azərbaycanda Xalq Hərəkatının öncülərindən biridir, son onilliklər ərzində Azərbaycan dövlətçiliyinin, suverenliyinin və demokratiyanın carçılarındandır. O, bu müddət ərzində yorulmadan Azərbaycan dövlətçiliyinə dayaq-dəstək olduğu kimi hər bir vətənsevər Azərbaycan övladının da yorulmadan yanında olub", - o qeyd edib.
Ə.İnsanov hesab edir ki, Azərbaycanda siyasətlə məşğul olan hər kəs Novella Cəfəroğlunun mövqeyinə və fikirlərinə hörmətlə yanaşmalı və onun dediklərində bu gün kimsə nəyi başa düşməyibsə, səbrlə ondan öyrənməyə çalışmalıdır:
"Mən Novella Cəfəroğlunun böyük həyat və siyasi təcrübəsinə, dövlət-vətənsevərliyinə və müdrikliyinə çox böyük ehtiramla yanaşır, onu dəstəkləyir, möhkəm cansağlığı və uğurlar arzulayıram", - partiya sədri vurğulayıb.
"AzPolitika.info"

Şərhlər
Yox balam, bunlar bir-birlərini lap yaxından tanıyırmışlar. Milli azadlıq hərəkatının önünə atılmış kqb agenturas... Deməli bunların hamısı bir qabdan yal yalayanlardır
O laybalay,qatbaqat,yanbayan qızıl külçələr ki tapılmışdı haa evindən,noldu o külçələrin axırı?Əritdilər?