Menu

CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb

14.09.2024, 20:21
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb

Cənubi Afrika Respublikasının vitse-prezidenti 62 yaşlı Pol Maşatil ölkənin şimalında tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb.

“Report” xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Vitse-prezident Limpopo əyalətinin Valoyi kəndinin mədəniyyət mərkəzində keçirilən mərasimdə iştirak edirmiş. Öz növbəsində vitse-prezidentin mətbuat katibi Keyt Xoza bildirib ki, Maşatil həkimlər tərəfindən müayinə olunub.

Belə ki, vitse-prezidentə lazımi yardım göstərilib və hazırda özünü yaxşı hiss edir. O əlavə edib ki, Maşatilin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Şərhlər

dadaşyev 2024-09-14 21:35:01

Dedim aaa çox içmə.Səhərdən elə pencəyini dartıram ki içmə-içmə.Nəysə.Məclisdə belə şeylər olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol