Menu

Tanınmış jurnalist üsyan etdi... - "Dərdimizin dərmanı hansı qurumdadır?"

15.09.2024, 00:15
Tanınmış jurnalist üsyan etdi... - "Dərdimizin dərmanı hansı qurumdadır?"

"Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir..."

Tanınmış telejurnalist Jalə Həsənli Bakının Yasamal Rayonunda nəqliyyatın durumu barədə təəssüratlarını yazıb. Mövzunun aktuallığını nəzərə alıb həmin qeydləri təqdim edirik:

“Möhtəşəm” bir gün yaşamışam. Sizinlə də bölüşüm.

Məktəblər hələ açılmayıb Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?

Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək?

Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir.

Hələ avtobusa daxil olan bəzi “smart sərnişin”ləri demirəm. Avtobusda orta boş, arxa boş, minən düz sürücünün yanında dayanır. Sürücü “zəhmət olmasa, arxaya keçin” deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir.

İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar?

Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm.

Şəxsi avtomobildən istifadə desəniz, o da müşkül məsələdir. Onda da parklanma dərdi ortaya çıxır. Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina tikirlər, mağaza tikirlər, parklanma yeri yox. 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən.

Ən yaxşı variant velosipeddir deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək mümkün belə deyil.

Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.

Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır? Deyin, üzümüzü ona tutaq danışaq. Var?"

Şərhlər

dadaşyev 2024-09-16 21:14:16

Şərhləri verməyi gecikdirmək problemi olmasaydı məmnun qalardıq.Şərhlər ətdirsə,Azpolitika soyuducudu,soyuducuya qoyulmayan ət iylənər təbii ki.Ətin baha olduğunu nəzərə almaq lazımdır.

ƏNHU 2024-09-15 17:29:48

Bunun adı üsyan deyil. Hamının illər boyu deyib-deyib yorulduğu və unutduğu sözlərdir. Bəlkə də millətin eşitmək istəmədiyi sözlərdir. Yalıncıq mərəkəyə gecikən kimi bu xanhım aparıcı da haqqa dəstək verməyə çox gecikib. Biz canlı yayımda qəzəbini studiyaya çırpıb gedən elə jüsyankarlar görmüşük ki,.... Heç müqaisə belə etməzdim. Üsyankar aaa.

Elşən 2024-09-15 13:05:26

Başa düşmək olmur ki bunlar Bakının hansı gününə velasbed yolu ,avtobus yolu çəkdilər heç cür anlamaq olmur hələ yolda dayanma durma yerlərini də qoymayıblar , heç olmasa yolları genişləndirədilər. Bu prayekti çəkəni başa düşdük , bəs bu prayekti icazə verənlər , bunun nəticəsini görənlər ,yəni bunların içində bir insan pərvər insanlığı olan adam olmadı ?

Loğman 2024-09-15 12:48:00

Təsadüfi adamlara vəzifə verəndə belə də olmalıdır.Hansı nazir tutuğu posta uyğun ixtisasa.təcrübəyə malikir?.ağına-bozuna isə baxan yoxdur.onlar da öz qohum əqrəbalarını.tanışlarını başına yığır.Vəssalam.Əhalini kim nə zaman və niyə düşünəcək?

dadaşyev 2024-09-15 11:01:59

Ay mənim gözəl Jalə qızım.Bizim hər problemimizin çarəsi,bütün dərdlərimizin dərmanı “Aidiyyəti qurumlar” deyə bir qurum var,bax oradadı.Amma problem ondadı ki,o qurumun adresini bilən yoxdu.Bitkoin kimi şeydi o,var amma yoxdu.Və ya yoxdu,amma var.Mətanət bacı kimi gizləniblər ağacların dalında, İşləri-gücləri xəzinədən neft-qaz milyardlarını xəlvətcə əmib doyub boyunlarını yoğunlaşdırıb aradan cırmaqdan ibarətdi.Göygöz kosa lazımdı ki rəml atsın fala baxsın ki “Ya filfilo,ya bizimkilər!Deyin görüm aidiyyəti qurumlar indi hardadı?Kuuu!Kuuu!” Odur ki ya gərək indi gedib oturasan Göygöz kosanın elçi daşının üstündə,çıxasan onunla çənə-boğaza,ya da gərək bir zorba adam tapasan ki götürüb çırpsın o elçi daşını aidiyyəti qurumların təpəsinə.

rr 2024-09-15 09:07:09

derd derd derd) o qun men 3 saat yolda qaldim

Server 2024-09-15 02:41:23

Baki şseherini idare eden qurumlar öz menfeetlerinden başqa heç bir şey fikirleşmirler Baki sakimlerinin ezab eziyyet çekmesinden ele bil hezz alırlar

Rasim Quliyev 2024-09-15 01:31:06

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karim,

Dünyavü cahan ac olur olsun, nə işim var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol