Menu

İranlı aparıcı Azərbaycanla bağlı bu fikirlərinə görə işdən qovuldu - VİDEO

16.09.2024, 12:10
İranlı aparıcı Azərbaycanla bağlı bu fikirlərinə görə işdən qovuldu - VİDEO

İran dövlət televiziyasının “Üfüq” kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini həyasızcasına “Şimali Azərbaycan" adlandırıb.

Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək deyib ki, “İnşallah tezliklə Azərbaycan İrana birləşər”.

Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi ki, “azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!”.

"AzPolitika.info"


Şərhlər

Azər 2024-09-16 12:36:55

Bu alçaq düz deyir ,bir balaca səhv salır... Tezliklə iran adlanan Azərbaycan torpaqları Turana birləşəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol