Kursk vilayətində Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinə təslim olmasına dair yeni görüntülər yayılıb.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Ukrayna Quru Qoşunlarının general-leytenantı Aleksandr Pavlyuk video paylaşıb.
Qeyd olunur ki, Ukrayna hərbçiləri Sudja istiqamətində 13 rus hərbçisini əsir götürüb, onlardan 4-ü ağır yaralı olub: “Düşmən 5 gün davam edən şiddətli döyüşlərdən sonra susuz və sursatsız qalıb. Nəticədə ağ bayraq qaldırıblar”.
— Newsfeed (@Newsfeed883920) September 17, 2024
“AzPolitika.info”


Şərhlər
Müharibə gələn il də davam edərsə güman ki, siyasi ədalət aləmi RUSların, ciddi səbəb və hərbi təcavüzə əsas olmadan Kremlin Ukrayna işğalına qarşı belə etirazlarının şahidi olacaqlar? RF ərazisi, əhalisi on dəfə çox olan Çindən kifayət qədər böyük və bərəkətlidir! Hərb-müharibə yox, ciddi iqtisadiyyat və mülayim diplomatiya gərək!?