Menu

"Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq" - Baş nazir

17.09.2024, 14:54
"Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq" - Baş nazir

Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Müəyyən çətinliklər var, lakin mən inanıram ki, Ukraynada müharibə bitən kimi bütün problemlər həllini tapacaq və münasibətlər normal çərçivəyə qayıdacaq. Ukraynada müharibənin gələn il bitəcəyinə böyük ümid və inamımız var. Müvafiq olaraq, Gürcüstan hökuməti ilə tərəfdaşlarımız arasında münasibətlər də gələn ildən keyfiyyətcə yaxşılaşacaq”, - Kobaxidze bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol