İsrail Livanda peycerlərin partladılmasından sonra Hizbullahın mümkün hücumu üçün hərbi hazırlıq görür.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Hizbullahın mümkün hücumunun qarşısını almaq üçün ölkənin şimal bölgəsinə 98-ci diviziyasın göndərib.
Sözügedən diviziyada paraşütçü və komandolardan ibarət 10 ilə 20 min arasında əsgərin olduğu bildirilib.
Digər tərəfdən, İsrail ordusu ötən gecə Hizbullah hədəflərinə hücuma keçdiyini açıqlayıb. Ordudan verilən yazılı açıqlamada Livanın cənubundakı Məcdel Silm bölgəsində Hizbullaha aid binaya hava hücumu təşkil edildiyi bildirilib.
Açıqlamada İsrail döyüş təyyarələrinin 5 fərqli bölgədə Hizbullah binalarını vurduğu da qeyd edilib.
"AzPolitika.info"


Şərhlər