Menu

İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

19.09.2024, 13:16
İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

İsrailin müdafiə naziri Yoav Qallant ilə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri “X” platformasındakı paylaşımında bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı strateji, regional mənzərə qiymətləndirilib, İsrail ordusunun cənub və şimal bölgələrində apardığı əməliyyatlara, xüsusən də Hizbullahın təhdidlərinə qarşı müdafiəsinə diqqət yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol