Menu

“Uduzsam, günah yəhudilərdə olacaq” – Tramp

20.09.2024, 14:51
“Uduzsam, günah yəhudilərdə olacaq” – Tramp

“Prezident seçkisində uduzsam, günah yəhudilərdə olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının noyabr seçkilərində prezidentliyə namizədi Donald Tramp deyib.

Paytaxt Vaşinqtonda keçirilən İsrail-Amerika Şurasının (İAC) konfransında çıxış edən Tramp deyib ki, “ABŞ-də yəhudilərin 60 faizi düşmənə səs verib”.

Sözügedən qrupu “axmaqlar” kimi xarakterizə edən Tramp, bu seçkidə qalib gəlməyəcəyi təqdirdə İsrailin 2 il ərzində yox olacağını iddia edib. 

O, noyabrdakı seçkilərin İsrail üçün indiyə qədər ki, ən əhəmiyyətli seçki olacağını bildirib.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-09-20 15:16:35

Bu yəhudiləri qorxudub onların səsini qazanmaqdan başqa bir şey deyil,qaldı iki ilə izrailin yox olmasına bu aydın məsələdir ukrayniya-rusya muharibəsində rusya qalib gəlsə anqlo-saksların alınmaz qalası abş alyaskadan rusyanın sibir sərvətlərinə sahib çıxa bilməz və dünyada indiki itirilmiş nufuzunu sürətlə heçə endirər bax bu zaman israilin yox olması reallaşar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol