Menu

Teleqram qaydaları pozanların İP ünvanlarını və telefon nömrələrini açıqlayacaq

23.09.2024, 18:15
Teleqram qaydaları pozanların İP ünvanlarını və telefon nömrələrini açıqlayacaq

Teleqramın qaydalarını pozan şəxslərin İP ünvanları və telefon nömrələri hakimiyyət orqanlarının əsaslandırılmış sorğularına cavab olaraq açıqlana bilər.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu teleqramın yaradıcısı Pavel Durov deyib.

Onun sözlərinə görə, teleqram məxfilik siyasətini yeniləyib.

P.Durov həmçinin qeyd edib ki, mütəxəssislər mesencerdə "qeyri-qanuni malların" satışı üçün sui-istifadə edilən axtarışı daha təhlükəsiz ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol