Menu

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatları zəruri hesab edir

24.09.2024, 09:43
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatları zəruri hesab edir

Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir.

APA xəbər verir ki, bunu BMT-nin mənzil-qərargahında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını dəstəkləyir”, - Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Vaşinqton iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol