Menu

"ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək" - Bayden

24.09.2024, 19:04
"ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək" - Bayden

ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.

C.Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb: “Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.

ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Şərhlər

Rasim Quliyev 2024-09-24 21:39:50

Sonuncu ukraynalıya qədər yəni

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol