Menu

Rusiya “Tu-95” strateji bombardmaçılarını ABŞ sahillərinə göndərdi – Uçuş 11 saat davam edib və...

24.09.2024, 19:30
Rusiya “Tu-95” strateji bombardmaçılarını ABŞ sahillərinə göndərdi – Uçuş 11 saat davam edib və...

İki “Tu-95MS” strateji bombardmançıları Alyaskanın qərb sahili yaxınlığında Berinq dənizinin neytral suları üzərindən uçuş keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, uçuş 11 saatdan çox davam edib. Strateji raketdaşıyıcılarını “Su-35” və “Su-30 cm” qırıcıları müşayiət edib.

Nazirlik iddia edib ki, bütün uçuşlar hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi şəkildə əməl etməklə həyata keçirilir.

Bir gün əvvəl ABŞ hərbçiləri Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) ABŞ və Kanadanın hava məkanını pozmayan 4 Rusiya təyyarəsini izləyib. Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

“AzPolitika.info”

Şərhlər

RR 2024-09-25 16:13:50

TU 95 in vaxti coxdan qedib qoca at kimi bir sheydi

RR 2024-09-25 07:13:21

TU 95 in vaxti coxdan qedib qoca at kimi bir sheydi

Asıf 2024-09-24 22:21:29

Hurub amma quyruq yelleyen ıt mısalı))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol