Menu

Şimali Koreya ABŞ-dəki seçkilərdən sonra bunu edəcək - İDDİA

26.09.2024, 12:45
Şimali Koreya ABŞ-dəki seçkilərdən sonra bunu edəcək - İDDİA

Şimali Koreya noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən sonra 7-ci nüvə sınağını həyata keçirəcək

"AzPolitika" xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Kəşfiyyat məlumatına görə, Şimali Koreya təxminən 70 kiloqram plutonium və müxtəlif nüvə silahları hazırlamağa kifayət edəcək zənginləşdirilmiş urana sahibdir. 

Qeyd olunub ki, Şimali Koreya belə bir addımla ölkənin mənfi iqtisadi şərtləri ilə mübarizə aparan yerli ictimaiyyət arasında özünəinam qazanmağı hədəfləyə bilər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol