Menu

ABŞ Ermənistana daha 20 milyon dollar yardım ayıracaq

26.09.2024, 13:39
ABŞ Ermənistana daha 20 milyon dollar yardım ayıracaq

ABŞ Konqresi, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 20 milyon 600 min dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini müzakirə edir. Vəsait kibertəhlükəsizlik, sərhəd və enerji təhlükəsizliyinin təşviqinə yönəldiləcək.

Bunu ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer dünən Nyu-Yorkda təşkil etdiyi müzakirələr zamanı bildirib.

Ermənistanın Baş nazir Nikol Paşinyan yeni sərmayələri və əməkdaşlığın gücləndirilməsini alıqşlayıb.

ABŞ səfirliyi onu da qeyd edir ki, Ermənistana yeni 20 milyon 600 min ABŞ dolları yardımı bu ilin iyulunda Pauerin Ermənistana səfəri zamanı elan edilmiş təxminən 11,9 milyon ABŞ dollarına əlavə olaraq verilir.

1992-ci ildən bəri ABŞ Ermənistana dəstək üçün 3 milyard dollara yaxın vəsait ayırıb. Bu ilin sentyabrında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan ofisi bəyan edib ki, ABŞ hökuməti Ermənistan üçün maliyyələşdirmə həddini iki dəfə artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırır.

Qeyd edək ki, Azərbaycana ABŞ tərəfindən edilən yardımların həcmi bundan dəfələrlə azdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol