Menu

Böyük dövlətlər İsraili hücumları dayandırmağa çağırır – Livanda qurbanların sayı durmadan artır

26.09.2024, 15:08
Böyük dövlətlər İsraili hücumları dayandırmağa çağırır – Livanda qurbanların sayı durmadan artır

ABŞ və, G7-yə üzv olan digər ölkələr, Avropa Birliyi və Yaxın Şərqin aparıcı ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər İsrail və Livan sərhədində dərhal atəşkəs əldə etməyə və münaqişənin diplomatik həlli üçün danışıqlara şərait yaratmağa çağırıblar.

“AzPolitika” xəbər verir ki, birgə bəyanatAğ Evinsaytındadərcolunub.

Qeydedək ki, son günlər Livandavə İsrailin şimalındagərginlikkəskin şəkildə artıb. İsrail hərbçiləri Livanın cənub bölgələrində irimiqyaslı hücumlar həyata keçirir və iddia edirlər ki, hədəf “Hizbullah” qruplaşmasıdır. Amam yayılan kadrlarda yaşayış binalarının ağır bombalarla vurulduğu aydın görünür.

Livanda qurbanların sayı bir neçə gün ərzində 600-ü keçib. BMT-nin məlumatına görə, bazar ertəsindən bəri 90 min livanlı evlərini tərk edib. “Hizbullah” öz növbəsində İsrail ərazisinə, o cümlədən ölkənin şimal və mərkəzi hissəsində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirir.

“AzPolitka.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol