ABŞ Dövlət katibi Entoni Blinken Vladimir Putinin elan etdiyi Rusiyanın nüvə doktrinasındakı dəyişiklikləri şərh edib.
“AzPolitika” xəbər verir ki, E.Blinken MSNBC-yə müsahibəsində Putinin növbəti nüvə təhdidini “tam məsuliyyətsizlik” adlandırıb: “Bu, tamamilə məsuliyyətsizlikdir”. Blinken Putinin nüvə ritorikasının Çin üçün də qeyri-məqbul olduğuna diqqət yetirib.
ABŞ Dövlət katibi hesab edir ki, bu cür nüvə ritorikası xüsusilə Nyu-Yorkda Baş Assambleyanın toplantısının keçirildiyi və nüvə silahlarının məhdudlaşdırılmasıyla bağlı müzakirələr aparıldığı vaxtda yolverilməzdir.
“AzPolitika.info”


Şərhlər
Təəssüf ki,bu,məsuliyyətsizlik olsa da reallıqdır.Siz protestant-yevangelistlər Rusiyanın əlində dəhşətli nüvə silahları olduğunu bildiyiniz halda öz eqoist kəllənizlə odla oynaya-oynaya Rusiyanı bu doktrinanı qəbul etməyə vadar etdiniz.Kurskda geri çəkilməkdə məqsədi də bu doktrinanı qəbul etməsi üçün idi.Görürsünüzmü,artıq işğqlçı kimi deyil,torpağına hücum edilmiş bir ölkə olaraq doktrina qəbul edib.Ukraynanı Rusiya ilə sülhə vadar etməsəniz vallah-billah atacaq o bombalardan Ukrayna ərazisinə Rusiya.Və sizlər də qətiyyən heç bir şey edə bilməyəcəksiniz.Okeanın o tayına,sizin torpaqlarınıza atılmış olmayacaq ki narahat olasınız.Sadəcə,ondan sonra farağat oturacaqsınız və ayağınızı dəng alacaqsınız.Və guya bəşəriyyəti sonrakı nüvə bombalarından qurtarasınız deyə Rusiya ilə bir masaya oturub Ukraynanı qələm-kağızla üç hissəyə bölməkdən başqa çarəniz qalmayacaq.Halbuki həmin o qələm-kağızlarla hələ 14-cü ildən gizlicə bölmüsünüz üç hissəyə o boyda Ukraynanı.O kadar net yani.Sadəcə,Rusiya bu bölgüylə sonradan razılaşmayıb cığallıq edərək bütün Ukraynanaya sahib olmaq istədi,odur ki elliklə yığılıb Rusiyanın üstünə düşdünüz ki,olmaz,necə danışmışıq o cür olmalıdı.Sənə yalnız şərqi Ukrayna,NATO-ya qərbi Ukrayna,ortalıqda isə Kiyevlə birlikdə cəmisi beşcə vilayətiylə Malorossiya,çar zamanındakı qədər.Bax,müharibə o bölgü üstündə çıxdı yəni.Bölmək istəməsəydiniz Ukrayna dağılmayacaqdı,çiçəklənən bir dövlət olacaqdı.Az imiş kimi indi də Rusiyanı Ukrayna şəhərlərinə nüvə bombası atmağa sürükləyirsiniz ki bölgü zamanı xilaskar rolunu oynayasınız.ABŞ müasir dövrün Babilistanıdır,özü qədər ikinci bir quldur dövləti yoxdu Yer üzündə.