Menu

ABŞ bu şəxs haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib - FOTO

27.09.2024, 11:45
ABŞ bu şəxs haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib - FOTO

ABŞ Dövlət Departamenti İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) zabiti Şəhram Pursəfi haqqında məlumat verənə 20 milyon dollara qədər mükafat verəcəyini bildirib.

"AzPolitika" xəbər verir ki, Pursəfi prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsdin təşkilində şübhəli bilinir. Pursəfi SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə qisas almaq üçün Boltonun başına 300 min dollar təklif edib.

Qeyd edilib ki, Pursəfinin adı ABŞ Maliyyə Nazirliyi tərəfindən xüsusilə təhlükəli terrorçular siyahısına daxil edilib və onu həbs cəzası gözləyir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol