Menu

Rus ordusu Kupyanskda ciddi itkilər verib - 40 hərbi texnika məhv edilib + VİDEO

27.09.2024, 12:26
Rus ordusu Kupyanskda ciddi itkilər verib - 40 hərbi texnika məhv edilib + VİDEO

Ötən gün Rusiya Silahlı Qüvvələri 50 hərbi texnika ilə Kupyansk istiqamətində Ukrayna ordusunun mövqelərinə hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna ordusunun 92-ci Əlahiddə Briqadasının hücum batalyonunun komandiri İvan Sirko Yuri Fedorenko "Telegram" hesabından paylaşım edib.

O, həmin paylaşımında rus ordusunun bu hücum cəhdinin uğursuz olduğunu və işğalçıların xeyli sayda hərbi texnika itirdikdən sonra geri çəkildiyini bildirib.

“Dünən düşmən 50-yə yaxın zirehli texnika və desant qüvvələri ilə Kolesnikovka və Kruqlyakovka istiqamətində hücuma keçib. 92-ci briqada rus ordusuna məxsu 40 hərbi texnikanı məhv edib",-deyə paylaşımda bildirilib.

Qeyd olunub ki, məhv edilmiş hərbi texnikalar arasında - 15 piyada döyüş maşını, 13 tank, 1 zirehli transportyor, 4 MTLB, 3 "Ural", 1 Buxanka, 1 ATV, 2 ARV olub.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol