Menu

Rusiya yenə xəstəxananı vurdu - Azı 6 nəfər həlak olub

28.09.2024, 11:22
Rusiya yenə xəstəxananı vurdu - Azı 6 nəfər həlak olub

Rusiya Ukraynada mülki obyektləri vurmaqda və dinc əhalini qırmaqda davam edir.

“AzPolitika” xəbər verir ki, Ukrayna KİV-lərinin yaydığı məlumata görə, bu gün səhər saatlarında Ukraynanın Sumı vilayətinə növbəti hava hücumu həyata keçirilib. 

Sumı şəhərinin meri Artyom Kobzar şəhərdəki xəstəxanaların birinə İran “Şahed”ləri ilə zərbə endirildiyini xəbər verib: “Bu gün, sentyabrın 28-də səhər saatlarında düşmən “Şahed” tipli PUA-dan istifadə edərək, Sumi şəhərindəki tibb müəssisəsinə hava zərbəsi endirib”.

Bir neçə dəqiqədən sonra Kobzar ikinci hava hücumunun olduğunu yazıb.

Ukrayna Daxili İşlər Nazirliyi bildirib ki, hazırda ölənlərin sayı 6 nəfərdir: “İlk atəş nəticəsində 1 nəfər həlak olub, xəstəxananın bir neçə mərtəbəsinin tavanı dağılıb xəstələrin təxliyəsi zamanı düşmən yenidən zərbə endirib, bir polis də daxil olmaqla, 6 nəfərin öldüyü məlumdur, daha bir polis yaralanıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol