Menu

"Müharibə ən təhlükəli həddə çatıb" - "Ukrayna və müttəfiqləri geri çəkilsə..."

28.09.2024, 16:12
"Müharibə ən təhlükəli həddə çatıb" - "Ukrayna və müttəfiqləri geri çəkilsə..."

Rusiyanın Ukraynada qarşı genişmiqyaslı müharibəsi döyüş meydanında dalana dirənib və ən təhlükəli həddə çatıb. 

“AzPolitika” xəbər verir ki, İspaniyanın tanınmış “El Pais” nəşrində dərc edilən məqalədə belə deyilir.

Məqalədə müharibənin indiyə qədərki bütün dövr ərzində ən təhlükəli nöqtəyə çatdığı xüsusi qeyd edilir.

Bununla yanaşı, qəzet hesab edir ki, Ukrayna və müttəfiqləri Rusiyanın şantajları qarşısında boyun əysə, geri çəkilsə, Avropanın gələcəyi qeyri-müəyyənliklə üz-üzə qalacaq, bütün sivil, demokratik həyat normaları sual altına düşəcək: "İstənilən sülh danışıqlarında olduğu kimi, Zelenskinin də bildiyi kimi, tərəflərin hər ikisi güzəştə getməli olacaq. Lakin imtina edilməsi mümkün olmayan əsas şey azad və suveren Ukraynanın təhlükəsizliyinin qorunmasıdır".

Xatırladaq ki, Ukrayna özünün “Qələbə planı”nı hazırlayıb. Prezident Volodimir Zelenski ABŞ-yə səfərində həmin planı Co Baydenə və ABŞ prezidentliyinə namizəd Donald Trampa təqdim edib.

Bundan öncə Zelenski deyib ki, Rusiya nümayəndələrini dəvət etməyi planlaşdırdıqları ikinci sülh sammiti müharibəyə son qoymalıdır. Tədbirin bu ilin payızında keçirilməsi planlaşdırılırdı. Lakin Rusiya tərəfi bu tədbirdə iştirak etməyəcəyini artıq bəyan edib.

“AzPolitikia.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol