Menu

Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb

29.09.2024, 22:11
Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü E.Süleymanov, 1990-cı il təvəllüdlü R.Quliyev və 1979-cu il təvəllüdlü E.Quliyev xəsarət alıb və hər üç şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol