Menu

Nobel mükafatları bu gün təqdim ediləcək

10.12.2014, 11:27
Nobel mükafatları bu gün təqdim ediləcək

Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. 2014-cü ilin laureatları həm də təntənəli yemək mərasimində bir araya gələcəklər.

Hər il Nobel mükafatının təqdimetmə mərasimi Alfred Nobelin anım günü olduğundan dekabrın 10-da təşkil olunur. Alfred Nobel 1896-cı il, dekabrın 10-da vəfat edib.

Mükafatları Stokholm Filarmoniyasında İsveç kralı Karl XVI Qustav təqdim edəcək.

2014-cü ildə Nobel sülh mükafatının laureatları pakistanlı Malala Yusafzayi və hindistanlı Kailaş Satyarthidır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol