Menu

Nazim Bəydəmirliyə hökm oxunub

30.09.2024, 15:54
Nazim Bəydəmirliyə hökm oxunub

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o səkkiz il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onun doqquz il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

Azər 2024-09-30 16:27:25

Atan qalıb qıraqda, pulunu geri istəyəni tuturlar. Ona görə kim -kimə gəldi pul atır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol