Rusiya Silahlı Qüvvələri Donetskin Pokrovsk şəhəri istiqamətində daha iki kəndi işğal edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşrinin analitiki Yulian Röpke məlumat yayıb.
“Rusiya ordusu Pokrovskdan 9 km şərqdə yerləşən 2 kəndi - Krasnıy Yar və Krutoy Yarı ələ keçirib”, - deyə o, bildirib.
Ukraynanın üçüncü hücum briqadasının komandirinin müavini Maksim Yorin rusların cəbhənin mühüm sahələrində irəliləyiş əldə etdiyini bildirib. Onun sözlərinə görə, ruslar Pokrovska, daha sonra isə yüz minlərlə insanın yaşadığı iri şəhərlərə yaxınlaşıb.
"AzPolitika.info"


Şərhlər