Menu

10 manatlıq şirkətin 400 minə yaxın vergi borcu var

30.09.2024, 18:12
10 manatlıq şirkətin 400 minə yaxın vergi borcu var

Su filtrləri satışı ilə məşğul olan "Kazimoff Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, "Kazimoff Group" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 377 min 571 manat 36 qəpik vergi borcu var.

Nizamnamə kapitalı 10 manat olan "Kazimoff Group" MMC-nin qanuni təmsilçisi Kazımov İlkin Əlipaşa oğludur.

Sözügedən vergi borcuna görə İlkin Kazımovun ölkədən çıxışına da məhdudiyyət qoyula bilər. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol