Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İran prezidenti Məsud Pezeşkiana qarşı artan tənqidlərin ardından prezidentin oğlu Yusif Pezeşkian “X” hesabında paylaşım edib.
"AzPolitika" xəbər verir ki, o, atasını tənqid edənlərlə bağlı bu ifadələri işlədib: “Hakimiyyətin ümumi siyasəti, müharibə və sülh məsələləri ilə bağlı qərar vermək İranın dini rəhbəri Əli Xameneyinin səlahiyyətindədir, Pezeşkian isə ona tabedir və heç vaxt onun əmrlərinə qarşı çıxmaz”.
Yusif Pezeşkian bildirib ki, bu cür tənqidlər İsrailin əməliyyatlarının davamıdır. O, bir vətəndaş kimi nəzarət qurumlarından atasına qarşı qərəzli açıqlamaların araşdırılmasını gözlədiyini vurğulayıb.
"AzPolitika.info"


Şərhlər