Menu

Aİ yeni Kosovo hökumətini salamlayır

10.12.2014, 13:04
Aİ yeni Kosovo hökumətini salamlayır

Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini bildirib ki, Kosovoda yeni hökumətin formalaşması Pristinanın Avropa İttifaqına inteqrasiyasına öz töhfəsini verəcək. Ən vacib məsələlərdən biri də Belqradla münasibətləri qaydaya salmaqdır. Bu barədə "Sputnik News" xəbər verir.

"Aİ Kosovo yeni hökumətini salamlayır və ümid edir ki, qismən tanınan ölkə yenidən Avropaya inteqrasiya yoluna qayıdacaq", - Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini və qonşuluq siyasəti üzrə komissar Yohannes Han dekabrın 9-da birgə bəyanatlarında belə deyiblər. "Yeni Kosovo hökumətini salamlayır və yeni Pristina hökuməti ilə əməkdaşlığı səbirsizliklə gözləyirik. Assambleyanın bugünkü təsisat yığıncağı və hökumətin seçilməsi 2014-cü il iyunun 8-dən Kosovonun inkişafına mane olan siyasi çıxılmaz vəziyyətə son qoydu", - bəyanatda deyilir.

Mogerini bildirib ki, Kosovo hökuməti dərhal indiyədək əldə olunmuş razılıqların icrasına və ortaya çıxan yeni məsələlərin həllinə başlamalıdır. Xarici siyasət rəhbəri deyib ki, Pristina-Belqrad münasibətlərini qaydaya salmaq üçün yüksək səviyyəli danışıqlar bərpa olunmalıdır. O, bundan sonrakı inkişafla şəxsən məşğul olmağa hazır olduğunu bildirib.

Han isə öz növbəsində deyib ki, yeni hökuməti dialoqun bərpasından əlavə Avropa islahatlar gündəliyinə davam etməlidir.

Qeyd edək ki, 2 milyona yaxın əhalisi olan Kosovo 2008-ci ilin fevralında Serbiyadan müstəqilliyini elan edib. Kipr, Yunanıstan, Rumıniya, Slovakiya və İspaniya istisna olmaqla, Aİ ölkələrinin əksəriyyəti onun suverenliyini tanıyıb. Dekabrın 8-də 2 ən böyük partiya koalisiya qurmaq üçün gözlənilmədən razılığa gəliblər. Bununla da, 6 aylıq siyasi çıxılmaz vəziyyətə son qoyulub. /"eunews"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol