Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvada işgüzar səfərdə olacaq.
“AzPolitika” xəbər verir ki, Mirzoyan MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da dünən Moskvaya gedib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mətbuata bildirib ki, Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ayrıca görüşü planlaşdırılmır.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bir müddət əvvəl bildirib ki, oktyabrın 7-də MDB-yə üzv dövlətlərin Başçıları Şurasının iclası keçiriləcək və bu, tam gündəliyi olan tam formatlı iclas olacaq.
Kreml sözçüsünün sözlərinə görə, MDB liderləri oktyabrın 7-də axşam Rusiya Prezidentinin yanında olacaqlar.
“AzPolitika.info”


Şərhlər