Vladimir Putinin ad günündə Kiyev şəhərinə raket hücumu olacağı barədə xəbərdarlıq edilmişdi.
“AzPolitika” xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, bu gün səhər Kiyev Rusiyanın “Kinjal” aeroballistik raketləri ilə hücuma məruz qalıb. Lakin hücumun uğursuz alındığı və bütün raketlərin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilir.
Raket hücumu yerli vaxtla 08.30-da başlayıb və “MiQ-31K” təyyarələri tərəfindən həyata keçirilib.
Bununla yanaşı, Kiyevin Qoloseyevski və Solomenski rayonlarına raket qalıqlarının düşməsi qeydə alınıb, lakin dağıntı və tələfat olmayıb.
Kiyevin meri Vitali Kliçko deyib ki, Kiyevin Şevçenko rayonuna da qalıqlar düşüb, Qoloseyevskidə bir mikroavtobus zədələnib.
“AzPolitika.info”


Şərhlər