Menu

"İran hökuməti günahkardır" - Pezeşkian

07.10.2024, 11:56
"İran hökuməti günahkardır" - Pezeşkian

“İran hökuməti ümumxalq etirazları zamanı yol verdiyi səhvlərinə görə günahkardır”.

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian bu gün bildirib ki, hökumət insan haqlarını iddia etməsinə baxmayaraq, 2022-ci il ümumxalq etirazlarında etdiyi səhvlərə görə günahlandırılır.

İran prezidentinin sözlərinə görə, böhran dövründə idarəetmə və informasiya sistemi düzgün işləməyib. M. Pezeşkian vurğulayıb ki, hökumət etirazlara səbəb olan hadisələri düzgün idarə edə bilsəydi, bəlkə də aksiyalar baş verməzdi.

Pezeşkian universitetlərdə azad fikirli insanların, eləcə də tənqidçilərin təzyiqlərə məruz qalmalarıyla bağlı məsələyə də toxunub və bunları deyib: “Biz onların tənqidlərindən narahat olmamalıyıq. Tənqidçilər və ya etirazçılarla, xüsusilə də öyrəncilər arasında bilikli insanların sərbəst danışmasına imkan verməliyik”.

"AzPolitika.info"

Şərhlər

Bəhram 2024-10-07 12:32:47

Məsud Pezeşkian ilkin diplomat çıxışlarından mükəmməl davranış, təlim-tərbiyə, geniş-elm, dünyəvi bilgilərə malik dərin zəkalı Şəxsiyyət olduğunu təsdiqləməkdədir. Eləcə dolğun mükəmməllik və təmkinsiz təbii ki, heç sahədə ədaləti bərpa etmək mümkün görünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol