Menu

Rusiya yenidən İran dronları ilə Ukraynaya hücuma keçdi - İki gündə 100 dron istifadə olunub

07.10.2024, 13:01
Rusiya yenidən İran dronları ilə Ukraynaya hücuma keçdi - İki gündə 100 dron istifadə olunub

Rusiya növbəti dəfə İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, son iki gündə Rusiya ordusu Ukrayna ərazisini yüzə yaxın İran istehsalı dronla hədəfə alıb.

Qeyd olunub ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün 56, dünən isə 32 ədəd İran istehsalı olan "Şahid" dronunu vurub. Bildirilib ki, Ukrayna qüvvələri "Şahid" dronları ilə yanaşı, iki ədəd “İsgəndər-k”, eləcə də iki X-47M2 "Xəncər" raketini zərərsizləşdirib.

Rusiya ordusunun bu dronlarla Ukraynanın Nikolaev, Kiyev, Dnepropetrovsk, Sumı, Çerniqov, Poltava və Xarkov əyalətlərinə zərbələr endirdiyi bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol