Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) məlumatına görə, sentyabr ayında ölkədə 708845 nəfər yaşa görə pensiya alıb. Bu rəqəm Azərbaycanda pensiya alanlarının sayının azaldığını göstərir. Uzağa getməyək, cəmi 1 ay əvvəl - avqustda yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub.
Bir ayda azalma sayı 1930 nəfərdir. Əksinə, yaşa görə sosial müavinət (220 manat) alanların sayında nəzərəçarpacaq qədər artım var - iyun ayında 152 min nəfər bu mavinəti alırdısa, sentybarda bu rəqəm 155 min nəfərdən çox olub.
Pensiya alanların sayının sürətlə azalmasının səbəbləri Əmək Nazirliyinə, hökumətə, eləcə də sadə vətəndaşlara tamamilə aydındır:
- Pensiya yaşının yüksək olması;
- Pensiya kapitalını toplamaq üçün daimi, əmək müqaviləli iş yerlərinin məhdud olması;
- İnsanların pensiya yaşına çatmadan vəfat etməsi...
Məhz bu səbəbdən də 65 yaşına çatan vətəndaşların sağ qalanlarının çoxu 220 manat sosial müavinət alır.
Məsələ burasındadır ki, bu rəqəmlər ƏƏSM rəhbərliyini tamamilə qane edir, çünki dövlətdən pul alanların sayının aşağı düşməsi məqsədyönlü fəaliyyətin nəticəsidir. Bir neçə il əvvəl nazir Sahil Babayev hökumətin hesabatında sosial xərclərə 1.5 milyard manatlıq qənaət edilməsindən fəxrlə bəhs etmişdi. Halbuki başqa ölkələrdə sosial məsələlərə cavabdeh nazir hökumətdən daha çox vəsait alıb əhalinin ehtiyaclarını, məşğulluğunu təmin etməyə çalışır.
Xatırladaq ki, 5 il əvvəl ölkədə əmək pensiyası alanların sayı 1 milyon nəfərə yaxın idi, 2018-ci ildə pensiya qanunverciliyinə edilən mürtəce dəyişikliklərdən sonra vətəndaşların ona əlçatımlılığı azalıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
S.Muslümovun özü olmasa da əməlləri davam edir
Azərbaycanda bütün böyük şirkətlər işçilərə kartla 4, 5 yüz azn maaş verir, (eynilə işğaldan azad edilimş ərazilərdə) ələ isə 1 min, 3 min.. bu şirkətlərə sərf edir.! Daha az vergi ödəyirlər.! Və dövlətə də sərf edir.! Vətəndaş əgər pensiya yaşına çata bilərsə.,?:)) Daha az pensiya ödəniləcək.. bunun adı Banan iqtisadiyyatı adlanır:)).? Olmazdı ki , vergini azaldıb qanunla yaşayaq.? Halal haram anlayışında isə dövlət-şirkət və vətəndaş haram yaşayır:)
Belə getsə Misir və başqa ərəb ölkələri kimi klassik müsəlman ölkəsinə çevriləcəyik. Hanskı oralarda qocalara dövlət pensiya vermir. Yalnız acından ölməmək üçün qocalıq müavinəti və ya qida, ərzaq təminatı.