Menu

"Qars bəyannaməsi" imzalandı

10.12.2014, 16:22
"Qars bəyannaməsi" imzalandı

Növbəti il Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mevlud Çavuşoğlu Gürcüstanda görüşəcək.

SalamNews xəbər verir ki, bunu Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin Qars şəhərində keçirilən üçtərəfli görüşdən sonra təşkil edilmiş mətbuat konfransında nazirlər elan edib.

Həmçinin, hər üç ölkənin xarici işlər nazirləri görüş zamanı "Qars bəyannaməsi" imzalayıblar.

Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mevlud Çavuşoğlu Türkiyənin Qars şəhərində keçirilən görüş çərçivəsində regional əməkdaşlığı və bir neçə mövzuları müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol