Menu

“Ölkəni Putinə satdın” - Orbanın mətbuat konfransında qalmaqal + VİDEO

09.10.2024, 11:18
“Ölkəni Putinə satdın” - Orbanın mətbuat konfransında qalmaqal + VİDEO

Macaristanın Baş naziri Viktor Orbanın Avropa Parlamentindəki çıxışında qalmaqal baş verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Orbanın çıxışı “Ölkəni Putinə satdın” şüarı ilə kəsilib. Macar müxalifətçi Marton Njekicki Viktor Orbanın mətbuat konfransını pozmağa cəhd edib.

Orban Avropa Parlamentində immiqrasiyaya qarşı mübarizədən danışarkən, Njekinci Macarıstanın Baş nazirinin oturduğu kürsüyə doğru qaçaraq onun tərəfə pul əskinasına bənzəyən bir yığın kağız atıb və deyib: “Ölkəni neçəyə satmısan? Siz ölkəni neçəyə satdınız, cənab baş nazir? Ölkəni Putinə satdın, Si Cinpinə satdın!”

Bundan sonra o, Avropa Parlamentinin təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zaldan çıxarılıb.

Marton Njekicki Macarıstanın müxalif Demokratik Koalisiya partiyasının və Budapeştdə yerli məclisin üzvüdür.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol