Menu

Azərbaycanda 2070-ci ildə su ehtiyatlarının 15-25 % azalacağı proqnozlaşdırılır

10.10.2024, 20:30
Azərbaycanda 2070-ci ildə su ehtiyatlarının 15-25 % azalacağı proqnozlaşdırılır

Növbəti illərdə Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Strategiyada bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 % su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 % və 2070-ci ilə 10−15 %, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 % və 2070-ci ildə 15−25 % azalacağı proqnozlaşdırılır.

Şərhlər

Kirpi 2024-10-11 00:22:18

Hakimiyyətin fikrincə su qiymətlərini artırılması çıxış yoludur)) sizin üzünüzdən sularda quruyur .Boynu yoğun məmurlar boyunuzu yerə soxum ((

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol