İran gözlənilən cavab hücumu zamanı İsrailə kömək edəcəyi təqdirdə ABŞ-nin bazalarını hədəf alacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşrinə danışan İran rəsmiləri məlumat verib.
Onlar vurğulayıblar ki, əgər digər ərəb ölkələri İsrailə kömək etsə, İran onlara da hücum edəcək.
ABŞ nəşrinə danışan ərəb rəsmiləri isə bildiriblər ki, Tehran administrasiyası diplomatik kanallar vasitəsilə öz ərazisindən və hava məkanından istifadəyə icazə verməklə potensial cavab hücumunu asanlaşdıracaq istənilən ərəb dövlətinə cavab verəcəyi barədə xəbərdarlıq edib. Rəsmilərə görə, ABŞ-nin hərbi bazalarının olduğu İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər İran tərəfindən təhdid edilən ölkələr arasındadır.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücumuna cavab verəcəyini açıqlayıb. ABŞ Prezidenti Co Bayden İsrailin İrana necə cavab verəcəyinə dair hələ qərar verilmədiyini bildirib. Bayden həmçinin mümkün hücum zamanı ABŞ-nin İsrailin yanında oalcağını vurğulayıb.
“AzPolitika.info”


Şərhlər