Menu

Bu şəhərdə rus ordusunun 2400 elit hərbçisi öldürülüb – Briqadanın 80 faizi məhv edilib

12.10.2024, 12:12
Bu şəhərdə rus ordusunun 2400 elit hərbçisi öldürülüb – Briqadanın 80 faizi məhv edilib

Rusiya qoşunlarının 2022-ci ildən bəri işğal etməyə çalışdığı Uqledar uğrunda gedən döyüşlərdə iştirak edən Rusiya Sakit Okean Donanmasının 155-ci elit briqadasının itkiləri 2400 nəfər təşkil edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “BBC”-nin Rusiya xidməti məlumat yayıb.

Məlumata görə, bu, elit briqadanın tərkibinin 80% -ni təşkil edir. Belə ki, müharibədən əvvəl briqadada 3 minə yaxın hərbi qulluqçu var idisə, hazırda onların sayı cəmi 600 nəfər təşkil edir. Qeyd olunur ki, 155-ci briqada müharibənin ilk günlərindən Kiyev vilayətinin - Buça, İrpen və Qostomel şəhərlərində dinc əhalinin qətlində iştirak edib. 2022-ci ilin payızından Uqledar istiqamətində döyüşən briqada həmin ilin noyabrında Pavlovka yaxınlığındakı hücum zamanı böyük itkilər veriblər. Bildirilib ki, briqada həmin vaxt dörd gündə 300 hərbçisini itirib.

Hazırda az sayda hərbçinin qaldığı 155-ci briqadanın 2024-cü ilin avqustundan Kursk vilayətindəki əməliyyatlarda iştirak etdiyi vurğulanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol