Menu

İran təyyarələrə bir sıra elektron cihazların keçirilməsini yasaqlayıb

12.10.2024, 17:05
İran təyyarələrə bir sıra elektron cihazların keçirilməsini yasaqlayıb

İran təyyarələrin göyərtəsinə mobil telefonlar istisna olmaqla elektron informasiya mübadiləsi cihazları keçirilməsinə qadağa qoyub.

APA-nın IRNA-ya istinadən məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafer Yazerlu açıqlama verib.

O qeyd edib ki, qərar həmçinin təyyarə ilə daşınan yükləri də əhatə edir.

C.Yazerlu sərnişinləri bu qərara əməl etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol